Sevgilim biz elə bəxtiyar ikən, Hansı bəxtəvərlik aradıq görən. Xoşbəxtlik bizimlə elə var ikən, Küsdürüb uçurduq əllərimizdən. Bilmədik qədrini qoşa günlərin, İncidik hər əsən küləkdən belə, İndi həsrətilə o dünənlərin Göz yaşı tökürük gülüm səninlə Nakam eşqimizin sevgilim inan! Ahu-nalələri tutubdur bizi, Qurtara bilmərik bu ayrılıqdan Ömürlük ayırıb əllərimizi, Adına bağlanıb özgənin adı, Yolunla düz yeri, arxana baxma.! Bizə qoşa getmək qismət olmadı, Olan oldu yarım, daha darıxma... Sevgilim biz elə bəxtiyar ikən, Hansı bəxtəvərlik aradıq görən. Xoşbəxtlik bizimlə elə var ikən, Küsdürüb uçurduq əllərimizdən. 01.06.1986.Vüəllif Gövhər Əntiqə
|