Səni dəli edərəm, həsrətimdən yanarsan! Səndən qaçıb gedərəm, arxamca boylanarsan.
İstəsən də yanıma gələ bilməyəcəksən. Ölümdən betər olub, ölə bilməyəcəksən. Məni röyanda görüb, qalxsan bulmayacaqsan. Səni dəli edərəm həsrətimdən yanarsan ! Səndən qaçıb gedərəm , arxzamca boylanarsan.
Səni səndən alaram, heç xəbərin də olmaz. İtər səbrü -qərarın , əqlin yerində olmaz. Çıxar əlindən Gövhər, günün birində olmaz. Səni dəli edərəm , həsrətimdən yanarsan! Səndən qaçıb gedərəm , arxamca boylanarsan. müəllif Gövhər Əntiqə 01.04.1997
|