ОБЩЕЛИТ.РУ СТИХИ
Международная русскоязычная литературная сеть: поэзия, проза, критика, литературоведение.
Поиск    автора |   текст
Авторы Все стихи Отзывы на стихи ЛитФорум Аудиокниги Конкурсы поэзии Моя страница Помощь О сайте поэзии
Для зарегистрированных пользователей
логин:
пароль:
тип:
регистрация забыли пароль
Литературные анонсы:
Реклама на сайте поэзии:

Регистрация на сайте

Biz ele bextiyar iken

Автор:
Автор оригинала:
Гевхар Антига-Гевхар Ариф гызы
Жанр:
Sevgilim biz elə bəxtiyar ikən,
Hansı bəxtəvərlik aradıq görən.
Xoşbəxtlik bizimlə elə var ikən,
Küsdürüb uçurduq əllərimizdən.
Bilmədik qədrini qoşa günlərin,
İncidik hər əsən küləkdən belə,
İndi həsrətilə o dünənlərin
Göz yaşı tökürük gülüm səninlə
Nakam eşqimizin sevgilim inan!
Ahu-nalələri tutubdur bizi,
Qurtara bilmərik bu ayrılıqdan
Ömürlük ayırıb əllərimizi,
Adına bağlanıb özgənin adı,
Yolunla düz yeri, arxana baxma.!
Bizə qoşa getmək qismət olmadı,
Olan oldu yarım, daha darıxma...
Sevgilim biz elə bəxtiyar ikən,
Hansı bəxtəvərlik aradıq görən.
Xoşbəxtlik bizimlə elə var ikən,
Küsdürüb uçurduq əllərimizdən.
01.06.1986.Vüəllif Gövhər Əntiqə




Читатели (365) Добавить отзыв
 
Современная литература - стихи