Ah bu toyda çağrılmamış qonağam Ah, bu toyda çağrılmamış qonağam, İstər xoş gəldin de, istərsən demə. Bir hava çaldırıb oynayacağam, Səsin salacağam bütün aləmə. Baxıb ürəyində söysən də məni, Lap adam göndərib döysən də məni, Belimi sındırıb əysən də məni, Qalib gəlməyəcək ürəyin qəmə. Bivəfam, başına pul ələyəcəm, Gözümün yaşını səpələyəcəm, Sənə bir bəxtiyar gün diləyəcəm. Köksün bürüyəcəm dərdə, ələmə, Ah, bu toyda çağrılmamış qonağam. Mən səni çağırıb oynadacağam ! Yolunda son közü sönmüş ocağam, İstər xoş gəldin de, istərsən demə... 16.07.1991.müəllif Gövhər Əntiqə Свидетельство о публикации № 30062016235217-00398475
|